Dünya

Rusiya məhkəmələrində şortda, idman paltarında iştirak qadağan edilib

Sharing is caring!


Rusiya Federasiyası Hakimlər Şurasının iclasında şura tərəfindən məhkəmədə iştiraka dair standartlar qəbul edilib.

Bu barədə Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.

Rusiya məhkəmələrində iştiraka dair tələblərə əsasən, məhkəmə iclaslarına şortda, idman paltarında və ya sərxoş halda gəlmək qadağan edilib.

Həmçinin Rusiya Federasiyasının məhkəmə binalarında foto və video çəkilişlər məhkəmənin sədri, onu əvəz edən şəxs və ya digər səlahiyyətli şəxslə razılaşdırılmaqla aparıla bilər.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir