Dünya

Azərbaycan və Ermənistanın birgə açıqlamasına ABŞ-dən reaksiya

Sharing is caring!


“ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır”.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzudakı bəyanatında qeyd olunur.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm olan etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqaz xalqlarının daha dinc və firavan gələcəyinə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq.

Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – sənəddə bildirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir