Dünya

Rusiyada təyyarə göydə alışıb yanmağa başladı – VİDEO

Sharing is caring!


Rusiyanın Ulan-Ude şəhərində yük təyyarəsinin mühərriki havaya qalxandan bir neçə dəqiqə sonra alışıb yanmağa başlayıb.

Bu barədə Buryatiya Respublikasının başçısı Aleksey Sıdenov məlumat verib.

“Təyyarə dərhal eniş edib. Xəsarət alan olmayıb”, – deyə o qeyd edib.

Bildirilir ki, yanğın başlayan kimi təyyarənin pilotları yanacaq çənini tədricən boşaltmağa nail olublar və bununla da eniş zamanı riskləri minimuma endirə biliblər.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir