Dünya

Qazaxıstan neft hasilatını azaltmağa hazırlaşır

Sharing is caring!


2024-cü ilin yanvarından Qazaxıstan bazarda qeyri-müəyyənlik və artımların qarşısını almaq üçün neft hasilatını azaldacaq.

Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ölkənin OPEC+ sazişi çərçivəsində yeni öhdəlikləri ilə bağlıdır.

Qeyd olunur ki, azalma neft bazarındakı dalğalanmaları minimuma endirəcək.

Energetika Nazirliyi rəhbərinin müşaviri Şınqıs İlyasov məqbul variantlar və azalma həcmlərinin müzakirə olunduğunu bildirib.

Verilən məlumata görə, artıq iri neft şirkətləri ilə ixtisarlarla bağlı danışıqlara başlanılıb. OPEC+ razılaşmalarına uyğun olaraq 2024-cü ilin birinci rübündə hasilatın gündəlik 82 min barel azaldılması planlaşdırılır. Bu, 2024-cü ilin sonuna qədər əvvəllər elan edilmiş 78 min barel azalmanı tamamlayacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir