Dünya

Azərbaycanlı futbolçu Şahruddinin oynadığı “Adana Dəmirspor” da kadr dəyişikliyi – FOTO

Sharing is caring!


Azərbaycanlı futbolçu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Demirspor” klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.

“Trendyol” Super Liqa komandalarından olan “Adana Demirspor” mövsümün əvvəlində vəzifəyə təyin etdiyi baş məşqçi Patrik Klyuvertlə qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyub.

Qeyd edək ki, “Demirspor” sonuncu dəfə öz meydanında qəbul etdiyi “Samsunspor”a 3:2 hesabı ilə məğlub olub.

Komanda dekabrın 8-də “Qalatasaray”ın qonağı olacaq.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir