Dünya

Rusiyanın bəzi bölgələrində havanın temperaturu -57 dərəcəyə enib – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Yakutiya bölgəsində (Saxa Respublikası) havanın temperaturu rekord səviyyəyə enməkdə davam edir, dekabrın 5-də bir çox kəndlərdə termometrlər temperaturun -57 dərəcəyə endiyini göstəriblər ki, bu da Yakutiyada dekabr ayı üçün anomal soyuq hava hesab olunur.

Müvafiq məlumat Yakutiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinin “Telegram” kanalında dərc olunub.

Belə ki, Oymyakon kəndində havanın temperaturu -57 dərəcəyə, Çurapça, Itık-Kyuel, Tyoplıy Klyuç və Xabardino kəndlərində isə -52 dərəcəyə enib. Eyni zamanda, gecə saatlarında Tomponski rayonunda temperaturun – 53-58 dərəcəyə enəcəyi gözlənilir. Ümumilikdə bölgə üzrə orta temperatur -50 dərəcə civarındadır.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir