Dünya

Kuba inqilabı lideri Fidel Kastronun bacısı vəfat etdi – FOTO

Sharing is caring!


Kuba inqilabının lideri, keçmiş prezident Fidel Kastronun bacısı Xuanita Kastro Mayamidə vəfat edib.

Bir müddət Mayamidə xəstəxanada müalicə alan Kastro 90 yaşında dünyasını dəyişib.

Bu barədə onun ailə üzvləri açıqlama veriblər. Açıqlamada Xuanita Kastronun təbii səbəblərdən dünyasını dəyişdiyi və dəfn mərasiminin ailə arasında keçiriləcəyi bildirilib.

Xuanita Kastronun xatirələrini qələmə alan yazıçı Maria Antonieta Kollina onun ölümü ilə bağlı şərh verib.

“Bu gün Xuanita Kastro ölüm-dirim yolunda bizdən öndə getdi. O, qeyri-adi bir qadın və çox sevdiyi Kuba üçün yorulmadan çalışan döyüşçü idi”, – deyə Maria Antonieta Kollina qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir