Dünya

KTMT Əfqanıstanda İŞİD yaraqlılarının sayının artdığını bildirib

Sharing is caring!


Əfqanıstanda İŞİD terror təşkilatının yaraqlılarının sayı artaraq 6,5 min nəfərə çatıb.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov məlumat verib.

O, Tacikistanın cənub sərhədində dörd minə qədər terrorçunun cəmləşdiyini açıqlayıb.

“Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə Əfqanıstanda möhkəmlənmiş çoxsaylı ekstremist qrupdan gəlir”, – deyə Sidorov qeyd edib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir