Cəmiyyət

Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb – FOTO

Sharing is caring!

Şəkiyə yağan güclü yağış və sel fəsadlar törədib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qara çaya sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilib.

Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus “VAZ-2106” markalı avtomobili də aparıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və aidiyyatı qurumların nümayəndələri sel gələn əraziyə baxış keçirir. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Hazırda bölgədə güclü leysan yağışı davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir