Dünya

Ağ Evdən xəbərdarlıq: “Bu vəziyyətin öhdəsindən gəlmək üçün “sehirli maliyyə qazanımız” yoxdur”

Sharing is caring!


ABŞ-nin bu ilin sonuna qədər Ukraynaya yardım üçün resursları tamamilə tükənə bilər.

Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Departamentinin direktoru Şalanda Yanq Konqresə ünvanladığı məktubunda xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının bu vəziyyəti həll etmək üçün “sehirli maliyyə qazanı” yoxdur.

“Bizim pulumuz və demək olar ki, vaxtımız bitdi”, – deyə Yanq əlavə edib.

Bundan əvvəl Ağ Ev ABŞ Konqresi tərəfindən əlavə ayırmaların təsdiqi olmadan Ukraynaya hərbi dəstəyin göstərilməsinin son dərəcə çətin olacağını bəyan edib.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir