Dünya

ABŞ-də kişi dörd ailə üzvünü öldürüb və iki polis əməkdaşını yaralayıb – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin Nyu-York şəhərinin sakini ailəsinin 4 üzvünü bıçaqlayaraq öldürüb, iki polis əməkdaşını isə yaralayıb.

Bu barədə dekabrın 3-də yerli mətbuatda məlumat yayılıb.

Faciə səhər tezdən Nyu-Yorkun Far-Rokuey ərazisində baş verib. Bir qız polisə zəng edərək əmisi oğlunun qohumlarını öldürdüyünü deyib. Hadisə yerinə gələn polislər şübhəlinin çamadanla qaçdığını görüblər.

Polislə danışan şəxs mətbəx bıçağını çıxararaq bir zabitin boynuna, digərinin isə sifətinə bıçaq zərbələri endirib. O, dərhal başqa bir polis tərəfindən güllələnib.

Evin içərisində 12 yaşlı oğlan və 11 yaşlı qız da daxil olmaqla, üzərində bıçaq xəsarətləri olan 4 cəsəd, həmçinin xəsarət almış 61 yaşlı qadın və yandırılmış divan aşkar edilib.

Polis hücum edənin əvvəllər məişət zorakılığına görə həbs edilmiş 38 yaşlı Kortni Qordon olduğunu müəyyən edib. Ölənlər onun ziyarətə gəldiyi qohumları olub.

Mənbə: New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir