Dünya

İsrail Qəzza ətrafında bufer zonası yaradacaq

Sharing is caring!


Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri orada qoşun yerləşdirməyi planlaşdırmır, lakin sərhədə yaxın bufer zonası yaradacaq.

Bu barədə “The Times of Israel” adı açıqlanmayan İsrail rəsmisinə istinadən xəbər verir.

“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HƏMAS öz hərbi qüvvələrini onun yaxınlığında cəmləşdirə bilməsin və yenidən İsraili təəccübləndirməsin. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağından sərhədə bitişik ərazilərdə qalmağı planlaşdırmırıq”, – deyə nəşr onun sözlərini sitat gətirir.

Qəzetin vurğuladığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu bu planları ABŞ dövlət katibi Antoni Blinkenlə bölüşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir