Dünya

Gəlinin başına qonan “şahlıq quşu” müəllifə 3000 dollar qazandırdı – FOTO

Sharing is caring!


Bu ilin ən yaxşı toy görüntüsü seçilib. Bu başında “şahlıq quşu” qonan gəlinin fotosudur.

Kadrı tanınmış kanadalı fotoqraf Tara Lilli Uistler şəhərində ucqar dağ zirvəsində Mitç və Mikaella cütlüklərinin toy mərasimi zamanı çəkib. Şəklin müəllifinin sözlərinə görə, bəy and içərkən qəfildən bir quş hardansa uçub gələrək gəlinin başına qonub. Sürpriz vəziyyətdən gəlin şoka düşüb və sevinclə “Ağca xanım oldum” deyə qışqırıb.

Bu möhtəşəm anı əbədiləşdirmək Tara Lilliyə ən yaxşı toy fotoqrafı adını və 3 000 dollar məbləğində mükafat qazandırdı.

“International Wedding Photographer Of The Year Awards”ın münsiflər heyəti bu şəkli 1700 kadr arasından seçiblər.

Digər qalib fotoları da təqdim edirik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir