Dünya

İranda polis qüvvələri ilə silahlı qarşıdurma olub, ölənlər və yaralanan var – VİDEO

Sharing is caring!


İranın Zahidan şəhərində polis qüvvələri ilə silahlı şəxslər arasında atışma olub.

“Azad İran” “Telegram” kanalı bununla bağlı kadrlar paylaşıb.

Məlumata görə, qarşıdurma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Sistan və Bəlucistan əyalətinin polis idarəsinin rəisi Dostəli Cəlili silahlı şəxslərin oğru olduqlarını və bir evi qarət edərkən polisə müqavimət göstərdiklərini iddia edib.

Qeyd edək ki, öldürülənlərin kimliyi barədə məlumat verilmir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir