Dünya

İsrail və HƏMAS arasında atəşkəs başa çatdı

Sharing is caring!


İsrail və HƏMAS arasında atəşkəs cümə səhəri HƏMAS-ın İsrailin cənubuna raket hücumlarını bərpa etməsi ilə başa çatıb.

Bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

“HƏMAS əməliyyat fasiləsini pozdu, həmçinin İsrail ərazisinə atəş açdı. SAXAL Aza zolağında HƏMAS terror təşkilatına qarşı döyüşləri bərpa etdi”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, hücumdan bir qədər əvvəl İsrail və HƏMAS radikal hərəkatı humanitar atəşkəsi səkkizinci gün uzatmağa razılaşmışdılar. Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcəkdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir