İdman

Azərbaycanın daha yeddi idmançısı dünya çempionatında mübarizəyə başlayır

Sharing is caring!


Bu gün Azərbaycanın daha yeddi güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək.

“Report” xəbər verir ki, medallar uğrunda 5 kişi və 2 qadın idmançımız mübarizə aparacaq.

Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) etimadı doğrultmağa çalışacaqlar.

Qadınlardan isə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (62 kq) qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 6 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir