Dünya

“Vaqner” sıralarında Baxmutda Ukraynaya qarşı döyüşmüş qazaxıstanlı həbs edildi

Sharing is caring!


Qazaxıstanda “Vaqner” özəl hərbi şirkətinin tərkibində Ukraynadakı döyüşlərdə iştirak edən yerli sakin 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun muzdlu kimi qazandığı pullar isə müsadirə olunub.

Bu barədə Karaqanda şəhərinin Kazıbekbiyski Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, 2023-cü ilin mart ayında Qazaxıstan sakini yaxşı pul mükafatı müqabilində “Vaqner” sıralarına qoşulmağa və Ukrayna ərazisində müharibədə iştirak etməyə razılıq verib.  

“Sonradan o, Rusiya ərazisinə gedərək “Vaqner” sıralarına qoşulub və burada hərbi təlim keçib. Aprelin sonunda o, Ukrayna ərazisində yerləşən Baxmut şəhərinə göndərilib və burada döyüş əməliyyatlarında iştirak edib, yaralanıb və tərxis edilib”, – deyə məhkəmənin açıqlamasında bildirilib.

Kişi Respublika Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib. O, təqsirini etiraf edib, məhkəmə isə onun səmimi tövbəsini nəzərə alıb. Qazaxıstanlı muzdlu kimi əldə etdiyi pullar müsadirə olunmaqla və cəzasını orta təhlükəsizlik müəssisəsində çəkməklə 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Mkam.business-gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir