Dünya

“Mançester Yunayted” son 60 ildə ən uğursuz mövsümə start verdi

Sharing is caring!


İngiltərənin “Mançester Yunayted” futbol klubu son altmış ildə mövsümün ən uğursuz startını nümayiş etdirib.

“Mançester Yunayted” 1962/1963 mövsümündən bəri ən uğursuz start keçirir. Erik ten Haqın məşqçilik etdiyi komanda mövsümün ilk 15 matçının səkkizində məğlub olub. Bundan daha pis nəticə 1962-1963-cü il mövsümündə olub, o zaman “Mançester Yunayted” mövsümün ilk 15 görüşündən 9-da uduzub”, – deyə məlumatda qeyd olunub.

Noyabrın 1-də “Qırmızı şeytanlar” İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”a 0:3 hesabı ilə uduzub və turnirdəki iştirakını başa vurublar.

İngiltərə Premyer Liqasında (EPL) “Mançester Yunayted” 10 turda 15 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Mankunianlılar Çempionlar Liqasında Türkiyənin “Qalatasaray”, Almaniyanın “Bavariya” və Danimarkanın “Kopenhagen” klubları ilə A qrupunda mübarizə aparırlar. Üç turdan sonra komanda üç xal toplayıb və üçüncü yeri tutur.

Mənbə: OptaJoe

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir