Dünya

Paris meri məşhur sosial şəbəkəni kanalizasiya ilə müqayisə etdi – FOTO

Sharing is caring!


Parisin meri Ann Hidalqo “X” sosial şəbəkəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.

O, bu barədə öz “X” sosial şəbəkə hesabında yazıb.

Ann Hidalqo qeyd edib ki, bu qərara səbəb platformanın Avropa demokratiyalarının məhvi alətinə çevrilməsidir.

“İstər manipulyasiya, dezinformasiya, nifrət hissənin aşılanması, təqib, antisemitizm və açıq irqçilik, istərsə də getdikcə mürəkkəbləşən dünya elm adamlarına, iqlimşünaslara, qadınlara, ətraf mühit müdafiəçilərinə, liberallara və sülh siyasi müzakirələrinə qatılmaq istəyən xoşniyyətli bütün insanlara qarşı amansız hücumlar, sui-istifadələrin spektri sonsuzdur. Hələ demokratiyaların destabilizasiyasına, onların imicinə və suverenliyinə xələl gətirməyə yönəlmiş seçki proseslərinə gündəlik kənar müdaxilələri demirəm. Bu gün ictimai debatlar ziddiyyətlər, söz-söhbətlər və kobud manipulyasiya ilə idarə olunur, “X” alqoritmi tərəfindən gücləndirilir, çünki burada vacib olan yeganə şey bəyənmə sayıdır. Faktların əhəmiyyəti yoxdur. Bu platforma və onun sahibi (iş adamı Elon Mask) qəsdən gərginliyi və münaqişələri artırır”, – Hidalqo yazıb.

O əlavə edib ki, “X” sosial şəbəkəsi demokratiyanı şəxsi maraqlarına qurban vermək istəyən siyasi layihəyə çevrilib. Hidalqo sosial şəbəkənin “nəhəng qlobal kanalizasiyaya” çevrildiyini və onun bu işə qarışmaq niyyətində olmadığını vurğulayıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir