Dünya

Qəzza zolağında ərzaqla təmin edilən insanların sayı açıqlandı – FOTO

Sharing is caring!


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) noyabrın 24-dən Qəzza zolağında 120 mindən çox insanı zəruri ərzaqla təmin edib.

Bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında məlumat paylaşılıb.

“Ümumdünya Ərzaq Proqramı cümə günündən bəri 121 161 nəfəri, o cümlədən əlçatmaz ərazilərdəki ailələri zəruri ərzaqla təmin edib. Bu günə qədər biz ümumilikdə demək olar ki, 760 min nəfəri əhatə etmişik. Lakin insanların dörd gün deyil, hər gün qidaya ehtiyacı var. Yardımın miqyasını genişləndirmək və qoruyub saxlamaq lazımdır”, – deyə qeyd olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir