Dünya

Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak olub

Sharing is caring!


Ukrayna ilə Rusiya arasında davam edən hərbi toqquşmalarda Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.

Bu barədə Ukraynanın Nikolayev vilayətinin Şahmat Federasiyasının vitse-prezidenti Dmitri Qoroşenko məlumat verib.

“Tammiqyaslı işğalın ilk günündən Ukraynanı müdafiə edən yoldaşım və həmkarım Artyom Saçuk həlak olub”, – Dmitri Qoroşenko qeyd edib.

Qeyd edək ki, Artyom Saçukun 38 yaşı olub. O, 2023-cü ilin aprel ayında “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir