Dünya

Körpəni uşaq arabasından oğurlayan kişi özünü avtomobilin altına atdı – VİDEO

Sharing is caring!

Rusiyada son anda faciənin qarşısı alınıb. Belə ki, işsiz kişi uşaq arabasından körpəni oğurlayaraq onunla birlikdə avtomobilin təkərləri altına atılıb.

Hadisə Tambov şəhərində 34 yaşlı qadın altı aylıq oğlu ilə gəzintidə olarkən baş verib. 51 yaşlı Edik Fişuk qəfildən ana-balanın başının üstünü kəsdirərək körpəni qucağına alıb və avtomobillərə doğru qaçıb. Ancaq hadisənin şahidi olan sürücülər onu saxlaya biliblər.

Qadın və körpəsi təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Uşağın rentgenoqrafiyası aparılıb və evə göndərilib. Onun xəsarət almadığı bildirilib.

Edik Fişuk isə saxlanılıb. Ona psixiatrik müayinə təyin olunub.

Mənbə: “Shot” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir