Dünya

Ferstappen “Formula-1” tarixində yeni rekorda imza atdı

Sharing is caring!


“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2023-cü il mövsümünün 22-ci və son mərhələsinin – Əbu-Dabi Qran-prisinin qalibi olub.

İkinci yeri “Ferrari” pilotu Şarl Lekler tutub. Üçüncü yeri “Mercedes”dən britaniyalı Corc Rassel tutub.

Verstappen bu mövsüm 19-cu dəfə Qran-pri qalibi olub və bir ildə qazanılan mərhələlərin sayına görə rekordunu yeniləyib. O, “Formula-1” mərhələlərində 54-cü qələbəsini qazanıb və bu göstəricidə alman pilot Sebastyan Fetteli keçib. Yalnız alman Mixael Şumaxer (91) və britaniyalı Lyuis Hemilton (103) onu qabaqlayırlar. Ferstappen “Formula-1” tarixində lider kimi bir mövsümdə 1000 dövrə vuran ilk sürücü olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir