Cəmiyyət

Tovuzda küçədən qadın meyiti tapılıb

Sharing is caring!

Tovuzda qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Hacıalılı kəndi ərazisində naməlum qadın meyitinin tapılması ilə bağlı məlumat daxil olub. 

Dərhal polis şöbəsinin və prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, meyit 1962-ci il təvəllüdlü Hacıalılı kənd sakini Valia Hüseynovaya məxsusdur. 

Faktla bağlı araşdırmalar aparılır. Meyitin üzərində gözlə görünən zorakılıq əlaməti yoxdur.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir