Dünya

Fransa sənayesi miqrantlara ehtiyac duyur

Sharing is caring!


Fransız sənaye şirkətləri yerli kadr çatışmazlığı səbəbindən yaxın 10 ildə müvafiq bacarıqlara malik əcnəbiləri işə götürməli olacaqlar.

Bu barədə Fransa sənayesi üzrə məsul nazir-nümayəndə Roland Leskur bildirib.

“Yaxın 10 ildə sənayedə 1,3 milyona yaxın iş yeri açılacaq. Şübhəsiz ki, mühacirlərə müraciət etməli olacağıq”, – o bildirib.

Nazir qeyd edib ki, ölkədə xüsusilə qaynaqçı və metal konstruksiyaların istehsalı üzrə mütəxəssislər çatışmır.

Leskurun qeyd etdiyi kimi, mütəxəssislər həm Avropada, həm də xaricdə axtarılmalıdır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir