Dünya

Rusiyanın keçmiş baş naziri xarici agentlər siyahısına daxil edildi

Sharing is caring!


Rusiya Ədliyyə Nazirliyi Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovu xarici agentlərin reyestrinə daxil edib.

Bu barədə nazirliyin saytında məlumat verilib.

“Kasyanov qeyri-məhdud sayda insan üçün xarici agentlər barədə məlumatlar və materialların hazırlanmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyası dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb. Ukraynada müharibə əleyhinə çıxış edib, xarici strukturlar tərəfindən təqdim olunan informasiya platformalarında respondent kimi iştirak edib. Xarici agentlər reyestrinə daxil edilmiş şəxslərlə yanaşı o, Rusiya Müharibə Əleyhinə Komitəsinin – fəaliyyəti Rusiya Federasiyasının daxili və xarici siyasətinin nüfuzdan salınmasına yönəlmiş birliyin üzvüdür”, – deyə nazirliyin bəyanatında  bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir