Dünya

“Günəş ləkəsi arxipelaqı” üzünü Yerə çevirib

Sharing is caring!


Heliofiziklər bildirirlər ki, noyabrın 18-də Günəşin şimal-şərqində peyda olan bir qrup Günəş ləkəsi Yerə doğru çevrilir. İndiyə qədər onlar böyüyüb çoxalaraq artıq 200.000 km-dən çox uzanan “Günəş ləkəsi arxipelaqı” əmələ gətiriblər. Onun üzərində bizimki kimi 15 planet asanlıqla yerləşə bilər.

Mütəxəssislərin fikrincə, 10 ildən artıqdır ki onlar bu halı müşahidə etməyiblər. Bu fenomen növbəti iki həftə ərzində gözlənilən müxtəlif gücə malik bir sıra maqnit qasırğalarının baş verməsi təhlükəsi yaradır.

Günəş ləkələrinin çoxluğu günəş fəaliyyətinin 11 illik dövrünün maksimumuna yaxınlaşmasının əlamətidir. Bu hadisə artıq 25-ci dəfədir ki, müşahidə edilir.

Bütün Günəş “arxipelaq”ın ləkələrindən lərzəyə gəlir – seysmik dalğalar onun üzərindən keçir. Ləkələrin özləri protuberans – kosmosa 64 min km yüksələn və ondan qopmaq üzrə olan günəş materiyası halqaları saçır. “Arxipelaq”da artıq müxtəlif dərəcəli 20  yaxın püskürmə baş verib – bunlar hələ ən güclüsü deyil. Amma güclü püskürmələr, necə deyərlər, hələ yoldadırlar. Axı, bu mənada ləkələr qrupları ən təhlükəli hesab olunur. Onlar nə qədər geniş və çox olsalar, Yer kürəsi üçün xoşagəlməz hadisələrin – güclü alovlanmalar, genişmiqyaslı tac püskürmələri və güclü Günəş küləyinin başvermə ehtimalı bir o qədər yüksəkdir.

Alimlər yaranan “arxipelaqı” keçən əsrdə Günəşin dərinliklərindən üzə çıxan və “Karrinqton hadisəsi” (Carnington Event) adlanan hadisəyə səbəb olan arxipelaqla müqayisə edirlər. 1859-cu ilin sentyabrında – astronomik standartlara görə, bu yaxınlarda – İngilis astronomu Riçard Karrinqton Günəşdə bir çox qeyri-adi böyük ləkələr görüb və bu ləkələr gözqamaşdırıcı bir parıltı ilə parlayıb.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir