Dünya

Peruda cəmi yarım əsr ərzində buzlaqlarının yarıdan çoxu əriyib: Amazon təhlükədə

Sharing is caring!


Perunun Dağ Buzlaqları və Ekosistemləri üzrə Milli Tədqiqat İnstitutunun (“Inagem”) alimləri ölkənin 1962-ci ildən bəri buz örtüyünün 56,22%-ni itirdiyini, 2016-2020-ci illər arasında 175 buz örtüyünün yoxa çıxdığını müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, Peruda dağ buzlarının əriməsində əsas amil buzlaqların sürətlə geri çəkilməsinə səbəb olan orta qlobal temperaturun artmasıdır.

Bu gün Cənubi Amerika ölkəsində təxminən 1050 kvadrat kilometr buz təbəqəsi qalıb. Bəzi dağ sistemləri, o cümlədən Çila massivi son 60 il ərzində buzlarının 99%-ni itirib. Bu, Amazon çayının vəziyyətinə təsir göstərə bilər, çünki Çila buzlaqları dünyanın ən böyük çayı üçün əsas su mənbələrindən biridir.

“Inagem”in prezidenti Beatris Fuentealvanın sözlərinə görə, buzlaqların itirilməsi aşağıda yaşayan sakinlərin həyatı üçün birbaşa risklər yaradır.

Xatırladaq ki, 1970-ci ildə 7,9 bal gücündə güclü zəlzələdən sonra şimal And dağlarında nəhəng buz təbəqəsi qopmuş və Yunqay şəhərini dağıdan sel axınına səbəb olmuşdur. Nəticədə 20 mindən çox insan təbii fəlakətin qurbanı olub.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir