İqtisadiyyat

Azərbaycanın neft-qaz gəlirləri tədricən azalacaq – PROQNOZ

Sharing is caring!


Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 16 227,6 milyon manat təşkil edəcək, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,5% azalma deməkdir.

APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Proqnoza görə, 2024-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 16 756 milyon manat səviyyəsində olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,54% azdır.

Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 17 739,7 milyon manat həcmində proqnozlaşdırılıb, bu da illik müqayisədə (2022-ci il – 15 329,6 milyon manat) 15,7% çoxdur.

Proqnoza əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 701,3 milyon manat, 2026-cı ildə isə 16 839,3 milyon manat səviyyəsində olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir