Dünya

Antalyada balıqçının toruna “insan üzlü” balıq düşdü – FOTO

Sharing is caring!


Antalyanın Manavqat rayonunda dəniz sahilində balıqçının toruna xalq arasında görünüşünə görə “insan üzlü” balıq kimi tanınan tülkü köpəkbalığı (saban balığı) düşüb.

Balıqçı nəsli kəsilməkdə olan balığın uzunluğunu və çəkisini ölçdükdən sonra dənizə buraxıb. 170 santimetr uzunluğunda olan balıq dənizə qayıdıb.

Elmi adı “Alopias Vulpinus” olan balığın həddindən artıq ovlanma və balalama sayının azalması səbəbindən populyasiya səviyyəsi düşüb. Xüsusilə Şərqi Aralıq dənizində görülən bu növ nəsli kəsilməkdə olduğu üçün Dünya Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin Qırmızı Siyahısına salınıb.

Türkiyəli professor Mehmet Gökoğlu balığın qırmızı siyahıda kritik səviyyədə olan növ olduğunu bildirib.

“Yalnız Şərqi Aralıq dənizində görünməyə başlayıb. Çünki Aralıq dənizinin digər bölgələrindən yoxa çıxıb. Ovlanması tamamilə qadağan edilən növlərdəndir. Türkiyə sahillərində çox nadir hallarda rast gəlinir”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir