Dünya

Sevdiyiniz brend dünyanın ən bahalıları sırasındadırmı? Yeni SİYAHI açıqlandı – FOTO

Sharing is caring!


“Interbrand” analitikləri bu ilin ən bahalı brendlərinin reytinqini tərtib ediblər. Siyahıya dünyada, demək olar ki, hamının tanıdığı 100 ən böyük şirkət daxil edilib.

İlk yerdə böyük fərqlə “Apple” gəlir. Brend 502,6 milyard dollar dəyərində qiymətləndirilir. Qeyd olunur ki, “alma brendi” ardıcıl 11-ci ildir ki, reytinqdə liderlik edir.

İkinci yerdə 316,6 milyard dollar dəyərində qiymətləndirilən “Microsoft” şirkəti qərarlaşıb.

“Amazon” (276,9 milyard dollar) və “Google” (260,3 milyard dollar) müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar.

Dəyəri 91,4 milyard dollar qiymətləndirilən “Samsung” brendi isə beşinci yerdə qərarlaşıb.

Siyahını bundan sonra “Toyota” (64,5 milyard dollar), “Mercedes-Benz” (61,4 milyard dollar), “Coca-Cola” (58 milyard dollar) və “Nike” (53,8 milyard dollar) davam etdirir.

İlk 10-luğu 51,2 milyard dollar dəyərində qiymətləndirilən BMW qapayır.

Tam siyahını aşağıdakı infoqrafika ilə təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir