Dünya

Hindistanda 41 inşaatçı 11 gündür tunelin dağıntıları altında qalıb

Sharing is caring!


Hindistanın Uttarkand əyalətinin kiçik Uttarkaşi şəhərində dağılmış yol tunelindən inşaatçıların xilas edilməsi əməliyyatı 11-ci gündür ki, davam edir.

İnşaatçılar inşa etdikləri 4,5 kilometrlik yeraltı tunelin bir hissəsinin sürüşmə nəticəsində uçmasından sonra dağıntılar altında qalıblar. İnsident noyabrın 12-də baş verib.

Tikinti dağlıq ərazilərdə getdiyindən işçiləri tuneldən çıxarmaq çox çətindir. Qazma qurğuları artıq bir neçə dəfə xarab olub, hətta onlardan biri artıq sıradan çıxıb.

Buna baxmayaraq, xilasedicilər kiçik diametrli boru vasitəsilə inşaatçılara oksigen verilməsini təmin edə biliblər. Noyabrın 20-dən etibarən daha enli yeni boru vasitəsilə onlara düyü və mərcimək olmaqla isti yemək verilməyə başlayıb. İşçilər qohumları ilə smartfon və videozənglər vasitəsilə əlaqə saxlayırlar.

Xilasedicilər artıq 46 metr dərinliyə çatıblar. İnşaatçıları xilas etmək üçün isə hələ 12 metr qalıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir