Dünya

İranda qadın jurnalist həbs edilib – FOTO

Sharing is caring!


İran İnsan Haqları Təşkilatı (HRANA) xəbər verib ki, iranlı jurnalist Nəsim Sultanbeygi Evin Prokurorluğunun birinci şöbəsinə cağırıldıqdan sonra orada həbs edilib. O, üç il altı ay cəzasını çəkmək üçün Evin zindanına köçürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, jurnalist hökumət əleyhinə təbliğat aparmaq, toplaşmaq və əlbir olmaqda ittiham edilib.

Qeyd edək ki, o, 2022-ci ilin 22 dekabr tarixində ölkədən çıxmaq istəyərəkən Tehranın “Xomeyni” beynəlxalq hava limanında saxlanılaraq həbs edilib və fevralın 6-da bir milyard tümən (40 min 522 manat) girov qarşılığında zaminə buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir