Dünya

İsxak Hersoq: “İsrail vətəndaşlarının təhlükəsizliyi üçün bütün vasitələrdən istifadə edəcək”

Sharing is caring!


İsrail prezidenti İsxak Hersoq Fələstinin HƏMAS hərəkatı ilə girovların azad edilməsi və atəşkəs haqqında razılaşmanın bağlanmasını alqışlayıb.

“Bu razılaşma bizim mənəvi borcumuzdur və bu, girovların azad edilməsinin İsrail üçün son dərəcə vacib olduğunu göstərir. Ümid edirəm ki, bu, bütün girovların evlərinə qayıtması istiqamətində ilk addım olacaq. İsrail dövləti, İsrail Müdafiə və Təhlükəsizlik qüvvələri fəaliyyətini davam etdirəcək və təkcə bu məqsədə çatmaq üçün deyil, həm də İsrail vətəndaşlarının təhlükəsizliyi üçün bütün vasitələrdən istifadə edəcək”, – deyə yəhudi dövlətinin prezidenti vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir