Dünya

Argentina səfərdə Braziliyaya qalib gəldi – VİDEO

Sharing is caring!


Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Braziliya yığmasına 1:0 hesabı ilə qalib gəlib.

Görüş Rio-de-Janeyrodakı Marakana stadionunda baş tutub.

Yeganə qolu oyunun 63-cü dəqiqəsində künc zərbəsindən sonra argentinalı müdafiəçi Nikolas Otamendi vurub.

Matçın sonunda braziliyalı yarımmüdafiəçi Joelinton qırmızı vərəqə alıb.

Əlavə edək ki, argentinalılar 15 xal toplayıblar və turnir cədvəlində 1-ci yeri tuturlar. Braziliyalılar 7 xalla 6-cı yerdədirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir