Dünya

Dilan və Engin Polat cütlüyü ilə bağlı yeni araşdırma: Cinayət təşkilatının lideri ilə əlaqələri var? – FOTO

Sharing is caring!


Çirki pulların yuyulması və bir çox digər ittihamlar üzrə həbs edilən türkiyəli iş adamları Dilan Polat və Engin Polat cütlüyü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Aparılan istintaq zamanı Polat cütlüyünün milyonlarla lirə dəyərində pul ticarətini idarə etdiyi, qəyyum kimi təyin olunan şirkətlərin pul seyflərinin isə boş olduğu üzə çıxıb. Həmçinin Engin Polatın cinayət təşkilatının lideri Ayhan Bora Kaplanla əlaqələrinin araşdırılmasına başlanılıb.

Bu yaxınlarda sosial şəbəkələrdə yayılan videodan sonra Engin Polatın Ankarada çökdürülən cinayət təşkilatının lideri Ayhan Bora Kaplanla əlaqəsinin ola biləcəyi ilə iddiaları irəli sürülüb.

Belə ki, Engin Polatın 6 sentyabr 2023-cü il tarixində paylaşdığı videoda masada əyləşənlərdən birinin “Ankarada Ayhan Bora Kaplan var” dediyi anlar kadra düşüb. Bu sözləri deyən səsin isə Engin Polata aid olduğu iddia edilib.

Bu iddialardan sonra Ankara polisi hərəkətə keçib və Engin Polatın bu paylaşımından iki gün sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları Ayhan Bora Kaplanı külli miqdarda pulla xaricə qaçmaq istəyərkən Esenboğa Hava Limanında ələ keçirib.

Ankara daxilində fəaliyyət göstərən dəbdəbəli əyləncə mərkəzləri, barlar, pavilyonlar, gecə klubları kimi müəssisələri təzyiq edərək qeyri-qanuni yollarla ələ keçirən, silahlı yaralama, soyğunçuluq və qəsdən yaralama kimi bir çox cinayətlərdə əli olan Ayhan Bora Kaplanın rəhbərlik etdiyi cinayət təşkilatına qarşı istintaq davam edir.

Mənbə: Takvim  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir