Dünya

İsrailin keçmiş baş nazirindən “Əş-Şifa” xəstəxanasının altındakı sığınacağa dair açıqlama: “40-50 il əvvəl..”

Sharing is caring!


İsrailin keçmiş baş naziri Ehud Barak Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasının altındakı sığınacaqların 40-50 il əvvəl İsrail tərəfindən inşa edildiyini bildirib.

Ehud Barak bu barədə CNN televiziyasına müsahibəsində açıqlama verib.

Barak İsrailin “Əş-Şifa” xəstəxanasının altında HƏMAS qərargahının olduğuna dair iddiaları ilə bağlı sualı cavablayarkən bununla bağlı danışıb.

“Uzun illərdir ki, “Şifa”nın altında israilli inşaatçılar tərəfindən tikilən sığınacaqların olduğu və bunlardan HƏMAS-ın qərargahı kimi istifadə edildiyi məlumdur. Və bir neçə tunelin kəsişməsi bu sistemin bir parçasıdır”, – deyə o qeyd edib.

“Buranın İsrail mühəndisləri tərəfindənmi inşa edildiyini deyirsiniz? Özünüzü səhv ifadə etdiniz?” – deyə aparıcı təəccüblənib.

“Təxminən 40 və ya 50 il əvvəl xəstəxananın əməliyyatlarının həyata keçirilməsinə daha çox yer ayırmaq üçün kompleksin məhdud ərazisi daxilində bu sığınacaqların inşa olunmasına kömək etdik”, – deyə Ehud Barak vurğulayıb.

Qeyd edək ki, İsrail hərbçiləri reydlər zamanı xəstəxananın altında 55 metr uzunluğunda möhkəmləndirilmiş zirehli qapısı olan tunel, o cümlədən odlu silahlar, rabitə vasitələri və tank əleyhinə əl qumbaraatanları aşkar ediblər və əllərində “Əş-Şifa” xəstəxanasında HƏMAS-ın baş qərargahı olduğuna dair sübutların olduğunu iddia ediblər.

Onların verdikləri məlumata görə, uzunluğu 55 metr, dərinliyi 10 metr olan tuneldə aşağıya enən pilləkən tunelin şaxtasının girişinə aparır, giriş isə müxtəlif müdafiə vasitələri ilə təmin olunub ki, buraya partlayışa davamlı zirehli qapı və yanğın çuxuru da daxildir. Bu tip qapılar HƏMAS terror təşkilatı tərəfindən İsrail qüvvələrinin HƏMAS-a məxsus komanda mərkəzlərinə və yeraltı obyektlərə daxil olmasını əngəlləmək üçün istifadə olunur.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir