Dünya

İsrail Müdafiə Qüvvələri BBC-dən üzr istəməsini tələb etdi – FOTO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Peter Lerner Britaniyanın BBC telekanalından yanlış məlumat verdiyinə görə üzr istəməsini tələb edib.

Peter Lerner Qəzza zolağındakı “Əş-Şifa” xəstəxanasının Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən hərbi məqsədlərlə istifadə etməsinə dair İsrailin əlində heç bir dəlil olmadığının iddia edildiyi materiallarla bağlı telekanalın səhvini etiraf etməsini istəyib.

IDF nümayəndəsinin çıxışının videoyazısı İsrail Müdafiə Qüvvələrinin “X” hesabında paylaşılıb.

O qeyd edib ki, İsrail hərbçiləri reydlər zamanı xəstəxananın altında 55 metr uzunluğunda möhkəmləndirilmiş zirehli qapısı olan tunel, o cümlədən odlu silahlar, rabitə vasitələri və tank əleyhinə əl qumbaraatanları aşkar ediblər.

“Ümumdünya Səhiyyə Təşkilatının bunu qınamasını gözləyirik… BBC üzr istəyəcəkmi? Ceremi Bouen səhv etdiyimi etiraf edəcəkmi?” – deyə sual ünvanlayıb.

Xatırladaq ki, keçən həftə BBC-nin redaktoru Ceremi Bouen İsrail ordusunun əlində “Əş-Şifa” xəstəxanasında HƏMAS-ın baş qərargahı olduğuna dair sübutların varlığından şübhə etdiyini bildirmişdi.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri rəsmi “Telegram” səhifələrində “Əş-Şifa” xəstəxana kompleksinin altında aşkar etdikləri tunel barədə məlumat verib və onun uzunluğunun 55 metr, dərinliyinin 10 metr olduğunu qeyd edib.

Onların verdikləri məlumata görə, aşağıya enən pilləkən tunelin şaxtasının girişinə aparır, giriş isə müxtəlif müdafiə vasitələri ilə təmin olunub ki, buraya partlayışa davamlı zirehli qapı və yanğın çuxuru da daxildir. Bu tip qapılar HƏMAS terror təşkilatı tərəfindən İsrail qüvvələrinin HƏMAS-a məxsus komanda mərkəzlərinə və yeraltı obyektlərə daxil olmasını əngəlləmək üçün istifadə olunur.

Tunel şaxtası xəstəxana ərazisində, içində çox sayda silah-sursat olan avtomobilin yanındakı çardağın altında aşkar edilib. İsrail Müdafiə Qüvvələri tunelin marşrutunun araşdırmağa davam edir.

Mənbə: Gazeta.ru, IDF “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir