Dünya

Mbappe PSJ ilə müqaviləsində nəzərdə tutulan külli miqdarda puldan imtina edib

Sharing is caring!


PSJ-nin hücumçusu Kilian Mbappe klubla müqaviləsində nəzərdə tutulan 80 milyon avro mükafatı almayıb.

Məlumata görə, bu mükafatın ləğvinə 24 yaşlı hücumçu özü təşəbbüs göstərib. Böyük ehtimalla Mbappe komandanı dəyişməyi planlaşdırdığı üçün bu qərarı verib.

Qeyd edək ki, Mbappenin xidmətində “Bavariya” və “Liverpul” maraqlıdır. Uzun müddətdir futbolçunu transfer etməyə razı salmağa çalışan “Real Madrid” mübarizədən kənarlaşsa da, İspaniyada bu versiya qəti şəkildə inkar edilir.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir