Dünya

İranda daha üç məhbus edam edildi – FOTO

Sharing is caring!


İranda daha üç məhbus edam edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Mərkəzinə istinadla xəbər verib.

Bildirilir ki, Qonbəd-Kavus şəhərində türkmən gənc edam olunub. Ondan başqa Kermanşahda və Təbrizin mərkəzi həbsxanalarında iki məhbus dar ağacından asılıb.

Məlumata görə, hər üç məhbus qətldə ittiham olunub.

Bundan əvvəl xəbər verilmişdi ki, son bir ayda İranda ən azı 30 məhbus dar ağacından asılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir