Dünya

AVRO-2024: Azərbaycan millisi Belçikaya yollanıb

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi səfərə yollanıb.

“Report”un Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, yığma üzvləri çarter reysi ilə sözügedən ölkəyə gediblər.

AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Qəbələ”nin prezidenti Fariz Nəcəfov da səfərə yollanıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir