Dünya

Peskov Rusiyanın növbəti prezidentindən danışdı

Sharing is caring!


“Rusiyanın növbəti prezidenti Putin kimi olmalıdır”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “MQİMO 360” (MQİMO – Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti – red.) tələbə xəbər kanalına müsahibəsində deyib.

“Eynən onun kimi biri olmalıdır”, – deyə Dmitri Peskov növbəti prezidentin necə olması barədə suala cavab verərkən bildirib.

Peskovun fikrincə, Putin prezident seçkisində namizəd olmaq qərarına gələrsə, qalib olacaq.

“Putin namizədliyini irəli sürmək niyyəti barədə hələ ki açıqlama verməyib. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o, bunu edəcək. Onun seçkidə qalib gələcəyinə şübhəm yoxdur. Bundan sonra da prezidentimiz olacağı ilə bağlı şübhə duymuram”, – deyə Peskov qeyd edib.

Mənbə: RBC.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir