Dünya

İran yaraqlıları İsraillə döyüşmək üçün Livanın cənubuna göndəriliblər – FOTO

Sharing is caring!


İran yaraqlılarından ibarət “İmam Hüseyn Briqadası” İsraillə döyüşmək üçün İraq və Suriyanın ərazindən keçərək Livanın cənubuna göndərilib.

“Azad İran” “Telegram” kanalı bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Afixay Adreiyə istinadla xəbər verib.

Bildirilir ki, son həftələrdə “Hizbullah” qruplaşmasının İsrailə qarşı əməliyyatlarında bir neçə uğursuzluğu olub. Bundan sonra həmin qüvvələr Zülfüqar adlı şəxsin komandanlığı altında Livan ərazisinə göndəriliblər.

Nazirliyin sözçüsü onu da vurğulayıb ki, sözügedən qruplaşma Suriyada İran tərəfindən təşkil edilib və məqsədi Tehranın İraqdakı proksi qüvvələrinə, həmçinin Livanın “Hizbullah” hərəkatına kömək etməkdir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir