Dünya

Türkiyəli futbolçu Arda Güler “Real Madrid”in heyətində oyuna çıxacaq – FOTO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Gülerin “Rayo Vallekano” ilə matçda heyətdə yer alacağını açıqlayıb.

“Arda Güler ​​bu həftə komanda ilə məşqlərə başlayıb. Sağalıb, sabah heyətdə olacaq. Əsası odur bacarığını nümayiş etdirmək üçün komanda yoldaşları ilə məşqlərə başlayıb”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, “Real Madrid” liqa matçında noyabrın 5-də “Rayo Vallekano” klubunu qəbul edəcək.

Xatırladaq ki, “Real Madrid”ə keçdikdən sonra ABŞ-dəkı düşərgədə zədələnən, daha sonra sağalma dövründə yenidən zədə alan ulduz futbolçu hələ də komandası ilə oyuna çıxa bilməyib.

“Santyaqo Bernabeu” stadionunda “Rayo Vallekano” ilə qarşılaşacaq “Real Madrid” matçdan əvvəl son məşqini edib. Məşqdə Arda Güler ​​də iştirak edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir