Dünya

“Formula-1” Las-Veqas Qran-prisinin ilk məşqi ləğv edilib

Sharing is caring!


Çoxdan böyük maraqla gözlənilən “Formula-1” üzrə Las-Veqas Qran-prisinin ilk məşqi başlandıqdan cəmi 20 dəqiqə sonra qırmızı bayraqlarla dayandırılıb və yekunda tamamilə ləğv edilib.

Məlumata görə, məşqlərin dayandırılmasına düzlüklərdən birində qapağı yaxşı bağlanmayan kanalizasiya lüku səbəb olub. Lük fransalı sürücü Esteban Okonun (“Alpin”) bolidinə (maşınına) qismən, “Ferrari”nin təmsilçisi Karlos Saynsın bolidinə isə ciddi ziyan vurub.

Bundan sonra yarışın rəhbərliyi yolun təhlükəsizliyinə təminat verə bilməyib və onun yenidən yoxlanılmasını tələb edib. Bakı vaxtı ilə saat 12:00-da başlamalı olan ikinci məşqlər də qeyri-müəyyən vaxta qədər təxirə salınıb…

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir