Dünya

“Victoria’s Secret”in “mələyi” məşhur filmin qalasında təəccübləndirdi – FOTO

Sharing is caring!


“Victoria’s Secret” moda nümayişlərinin ən məşhur “mələk”lərindən biri Adriana Lima Los-Ancelesdə  (ABŞ) “The Hunger Games: The Ballad of Songbirds & Snakes” filminin qala gecəsinə qatılıb və qırmızı xalıya çıxıb.

Premyeraya ailəsi ilə qatılan supermodeli görənlər onu tanımaqda çətinlik çəkiblər.

Belə ki, son illər artıq çəkidən əziyyət çəkən modelin xeyli arıqladığı görünüb. Əynindəki qırmızı-qara rəngli geyimi onu xüsusilə şux göstərib.

Ancaq modeldə başqa bir dəyişiklik – üzünün həddindən artıq dartılması, xüsusən də qaşlarının və gözlərinin hər iki tərəfdən çəkilmiş kimi görünməsi məşhur modelin plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə səbəb olub.

İndiyə qədər üzünə heç bir müdaxilə etməyən supermodelin bu estetikası pərəstişkarlarını məyus edib. Sosial şəbəkədə müzakirələr zamanı istifadəçilər onun bu dartılmış və ifadəsiz simasından narazılıqlarını bildiriblər. Onlar Limanın öz bənzərsiz gözəlliyinə xəyanət etdiyini vurğulayıblar.

Mənbə: Hurriyet.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir