Dünya

Türkiyədə metro qatarı relsdən çıxıb, divara çırpıldı – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin İzmir şəhərində metro qəzası baş verib.

Bu barədə İzmir Böyükşəhər Bələdiyyəsi açıqlama verib.

Bildirilir ki, qatarın son vaqonu “Sanayi” stansiyasının girişində relsdən çıxaraq platformanın divarına çırpılıb.

“Ən böyük sevincimiz odur ki, xəsarət alan olmayıb. Qəzanın səbəblərini müəyyən etmək üçün texniki araşdırmalara başlanılıb”, – deyə bələdiyyədən bildirilib.

Mənbə: İzgazete.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir