Dünya

“Milan” futbol klubunun müdafiəçisi istintaqa cəlb olundu

Sharing is caring!


“Milan” futbol klubunun müdafiəçisi Alessandro Florentsi istintaqa cəlb olunub.

Məlumata görə, o, qanunsuz qumarda iştirakda şübhəli bilinir.

Futbolçunun yaxın günlərdə dindiriləcəyi barədə xəbər yayılıb.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası (FIGC) daha əvvəl oxşar qayda pozuntusuna görə “Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqioli 7 ay, İtaliya yığmasının və “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini isə 10 ay müddətinə diskvalifikasiya etmişdi.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir