Dünya

Rusiyada qorxunc qəza: Səkkiz məktəbli yaralandı – VİDEO

Sharing is caring!


Rusiyanın Primorye diyarında qorxunc qəza baş verib. Belə ki, məktəb avtobusu xəndəyə aşıb.

Bu barədə RF Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, qəza zamanı avtobusda 14 uşaq olub.

Hadisə zamanı səkkiz məktəbli xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 66 yaşlı avtobus sürücüsü idarəetməni itirib.

Baş verənlərlə əlaqədar cinayət işi qaldırılıb.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir