Dünya

Məşhur “Bi-2” qrupunun üzvünün meyiti evində qanlar içində tapıldı – FOTO

Sharing is caring!


Rusiyanın məşhur “Bi-2” qrupunun zərb ifaçısı Nikolay Plyavin Moskvada kirayədə qaldığı mənzildə ölü tapılıb.

Bildirilir ki, onun meyitini oğlu aşkarlayıb. O, uzun müddət atasına zəng etsə də, cavab ala bilmədiyi üçün narahat qalıb və musiqiçinin qaldığı mənzilə yollanıb. Evdə isə atasının meyitini qanlar içində tapıb.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, musiqiçinin ölümü kriminal xarakter daşımır.

Məlumata görə, son bir ayda Plyavinin səhhəti kəskin pisləşib, oğlu ay ərzində üç dəfə təcili yardım çağırıb. Musiqiçi başgicəllənmədən əziyyət çəkib, su içmək üçün, hətta qapıya baxmaq üçün ayağa qalxa bilməməkdən şikayətlənib. Həkimlər gəlib müayinə ediblər, Elektrokardioqrafiya (EKQ) ediblər, təzyiqini ölçüblər və həblər veriblər.

“Sonuncu dəfə noyabrın 1-2-də hər şey yenidən təkrarlanıb. Oğlu gəlib, amma təcili yardım və polis mənzilin qapısı arxasında qalıblar, içəri girə bilməyiblər, çünki Plyavin qapını açmaq üçün çarpayıdan qalxa bilməyib. Oğlu qapını açdıqdan sonra hamı içəri girib”, – deyə mənbə bildirib.

Bu hadisədən sonra oğul atasını xəstəxanaya yerləşdirməkdə israr edib. Plyavin bir neçə gün xəstəxanada yatıb, lakin noyabrın 4 və ya 5-də evə buraxılıb. Sonuncu dəfə ata-oğul noyabrın 10-da ünsiyyətdə olublar.

Qeyd edək ki, Nikolay Plyavin 1999-2006-cı illərdə “Bi-2” qrupunun üzvü olub. O, həmçinin “Dyuna” qrupu və bir sıra digər qruplarla əməkdaşlıq edib.

Mənbə: İz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir